Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir

Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir
Sakura

Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir

“İnnovasiya Festivalı” çərçivəsində ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu işə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək forum nazirliyin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilir.

BMT-nin hesablamalarına əsasən, bu gün 18-25 yaşlı gənclər internetsiz dünyanı tanımayan ilk nəsildir. Lakin buna baxmayaraq, dünya əhalisinin demək olar ki, yarısının internetə çıxışı yoxdur. Dünyanın müxtəlif ölkələrindən olan gənclər “Biz birlikdə bunu dəyişə bilərik!”, “Bizim dəyişmək istədiyimiz budur!” şüarı ilə Azərbaycanda bir araya toplanıb.

Tədbirə Niderland, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Moldova, Serbiya və Azərbaycanın müxtəlif regionlarından gənclər qatılıb. İlk iki gün gənclərin internet və inkişaf məqsədilə onun daha geniş tətbiqi istiqamətlərində nəzəri və praktik biliklərinin möhkəmlənməsinə həsr olunub.

İnternet idarəçiliyinin gələcəyi haqqında maraqlı debatlar, rəqəmli sahə üzrə inkişaf tendensiyaları haqqında şərhlər, gənclərin bu prosesdə qəbul edəcəkləri qərarlar və siyasi arqumentlərlə zəngin olacaq yekun tədbir isə iyunun 3-də keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR