Dərc edildi: Baxış sayı: 515
Azərbaycanda ilk dəfə alkoqolsuz şərab istehsal olunur
"Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunur. Bu günlərdə həmin şərab növünün kütləvi istehsalına başlanılıb.
MMC-nin direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov bildirib ki, bu şərab alkoqollu şərabın vakkum aparatından keçirilməsi nəticəsində alınır.
Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışaraq deyib: "Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.
Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən xilas olmaq mümkündür.
Mənbə: Ekonews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət