Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ildırım, dolu, hadisələrinin sayı niyə çoxalıb? - 2012-ci ildən etibarən...

Azərbaycanda ildırım, dolu, hadisələrinin sayı niyə çoxalıb? - 2012-ci ildən etibarən...
Sakura

Azərbaycanda ildırım, dolu, hadisələrinin sayı niyə çoxalıb? - 2012-ci ildən etibarən...

Azərbaycanın Aran rayonlarında, Abşeron yarımadasında göy qurultusu, ildırım, dolu, leysan hadisələrinin sayı çoxalıb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, “Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi” (2016-2019) mövzusunda aparılan araşdırma əsasında bu nəticəyə gəlinib.

Araşdırmaya əsasən, Azərbaycanın əksər rayonlarında yağıntıların illik miqdarında azalmalar müşahidə edilib. Sutkalıq miqdarı ≥20 mm olan yağıntılı günlərin sayının azalmasına baxmayaraq, intensivliyi daha çox olan bol yağıntılı günlərin sayı artıb.

Bunun səbəbi müdaxilə edən hava kütlələrinin xarakterində bəzi dəyişikliklərin baş verməsidir: "Məsələn, Xəzər dənizi üzərindən Lənkəran vilayətinə daxil olan hava kütlələri indi əsasən şimal-şərq və şərq istiqamətli olub. Bu hava kütlələrinin konvektiv dayanıqsız təbəqəsinin qalınlığı xeyli azalmışdır. Ona görə də qeyd edilən zonada bol yağıntılı günlərin sayı (həm də illik yağıntı miqdarı) 2 dəfədən çox azalıb".

Tədqiqat nəticəsində müəyyən edilib ki, şimal yarımkürəsinin I sinoptik rayonunda (Atlantik-Avrasiya sektoru) 1891-1930-cu illərdə şərq hava kütlələrinin axını (W) proseslərinin normadan müsbət meyletmələri müşahidə olunub. Bu illərdə Azərbaycan ərazisində bol yağıntılı günlərin miqdarı və onların yaratdığı təhlükəli hadisələr az təkrarlanmaya malik olub. 1930-1950-ci illərdə şərq hava kütlələri (W) və şimal hava kütlələri (C) axını prosesləri bir-birini əvəz edib. 1950-ci illərin sonundan etibarən qərb hava kütlələləri (E) axını proseslərinin müsbət təkrarlanması yağıntıların və sel hadisələrinin fəallaşmasına səbəb olub. 1990-2010-cu illərdə şərq, 2012-ci ildən etibarən şimal və rəqb meridional proseslər üstünlük təşkil edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR