Dərc edildi: Baxış sayı: 364
Azərbaycanda iki yeni şirkət yaradıldı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb.
Vergilər Nazirliyi noyabrın 23-də “ASCO Nəqliyyat”, noyabrın 26-da isə “ASCO Mühafizə” MMC-ləri dövlət qeydiyyatına alıb.
Hər iki şirkət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) baş ofisi ilə təxminən eyni ünvanda – Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2 237-ci məhəllə ünvanında qeydiyyatdan keçib.
Yeni şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 6 276 399 və 34 851 manat, qanuni təmsilçiləri isə Ramin Malik oğlu Fərzullayev və Sabir Həsən oğlu Hüseynovdur.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət