Azərbaycanda iki yaşlı koronavirus xəstəsi var - RƏSMİ
“Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşından 90 yaşına qədər xəstələrimiz var”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə var:
“Bunlar orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edir. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri olan, içdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrimizdir”.
O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir:
“Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət