Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?

Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?
Sakura

Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?

Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir. “Qafqazinfo” xəbər verir ki,  güzəştlər kateqoriyasında  təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, pensionerlər, veteranlar, hətta jurnalistlər də daxildir. 

Məsələn, qonşu Türkiyədə nəqliyyatda tələbələrə və şagirdlərə 60 faiz, 60-65 yaş arası insanlara 50 faiz, 65 yaşdan  yuxarı təbəqə, eyni zamanda polis, əsgər və.s üçün pulsuz güzəştlər tətbiq edilir. 

Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir.

Qonşu Rusiyada da  güzəştlər mövcuddur. Məsələn, ölkənin  uzaq şimalında yaşayanlar üçün illik büdcədən istirahət yerinə gedib qayıtması üçün büdcədən vəsait ayrılır.  Bundan əlavə, pensiyaçılar, Böyük Vətən müharibəsi əlilləri, veteranlar, çox uşaqlı ailələr, SSRİ qəhrəmanları, Çernobıl qəzasının nəticələrini aradan qaldıran zaman zərərçəkmiş şəxslər və.s ictimai nəqliyyatdan pulsuz istifadə edə bilir. Qeyd edək ki,  Rusiyanın müxtəlif regionlarında  güzəştlərin həcmi dəyişə bilir. Bəzi regionlarda tələbələr də tələbə biletini  göstərərək pulsuz nəqliyyatdan istifadə edə bilərlər. 

Bəs, Azərbaycanda sözügedən kateqoriyalarda təmsil olunan şəxslərə güzəştlər  barədə planlar varmı?

 Bildiyiniz kimi, hazırda ölkədə bunu labüd edən  əsas amillərdən biri də sərnişindaşımanın tariflərində avqust ayının birindən etibarən edilən dəyişiklikdir. Belə ki, avtobuslarda şəhərdaxili  gediş haqqı 30 qəpik, paytaxtın bir sıra uzaq qəsəbə və kəndlərinə gedən avtobuslarda  isə 40 qəpikdir.  Bu arada bildirək ki, sərnişinlərin bir çoxu mənzil başına çatmaq üçün bir neçə marşrut da dəyişməli olur. 

 “Qafqazinfo” sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib. Məlum olub ki, hələ ki bu kimi məsələlər agentlikdə müzakirə olunmur: 

“Hazırda əsas məqsəd nağdsız ödəniş sistemi ilə çalışan avtobusların əhatə dairəsini genişləndirməkdir. Bunun üçün zəruri işlər görülür. Avtobus parkının yenilənməsi nəzərdə tutulub. Avtobus parkı yeniləndikcə kart sisteminə keçid də təmin ediləcək. Hazırda yeni avtobusların gətirilməsi üçün tender gedir. Yeni avtobuslardan sonra bütün xətlər sıradan çıxarılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR