Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda icbari və könüllü tibbi sığortanın paralel tətbiqinə ehtiyac varmı?

Azərbaycanda icbari və könüllü tibbi sığortanın paralel tətbiqinə ehtiyac varmı?
Sakura

Azərbaycanda icbari və könüllü tibbi sığortanın paralel tətbiqinə ehtiyac varmı?

Bir neçə ildir ki, Azərbaycanda dövlət xətti ilə - icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Tibbi xidmətlərdən pulsuz istifadə etmək üçün ölkə vətəndaşları əməkhaqlarının kiçik bir qismini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödəyir.

Eyni zamanda, işəgötürənlər işçilərinin icbari tibbi sığortadan faydalanması üçün onlara verdikləri maaşların məbləğinə uyğun olaraq Agentliyə əlavə ödəniş edirlər. Bununla belə, təcrübə göstərir ki, Azərbaycanda bəzi iş yerlərində əməkdaşları həvəsləndirmək üçün icbari tibbi sığorta ilə yanaşı, könüllü tibbi sığortaya da xərc çəkirlər. Xüsusilə dövlətə məxsus publik hüquqi şəxslər, bir sıra özəl şirkətlər icbari tibbi sığortanın olmasına baxmayaraq işçilərinə yerli sığorta şirkətlərindən ayrıca tibbi sığorta paketi alırlar. Bəs Azərbaycanda icbari və könüllü tibbi sığortanın paralel tətbiqinə ehtiyac varmı? "Report" mövzunu sığorta bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri - Kamran Babayev deyir ki, vətəndaşlar özəl klinikaların xidmətindən istifadəyə daha çox maraq göstərirlər: "Çünki, özəl klinikalarda tibbi xidmət dövlət xəstəxanaları ilə müqayisədə daha əlçatandır. Bunu nəzərə alan bəzi dövlət və özəl müəssisələr işçiləri üçün könüllü tibbi sığorta paketi əldə edirlər. Bu, təbii ki, əlavə xərcdir. Çünki, dövlət xəstəxanalarının demək olar ki, hamısında icbari tibbi sığortadan istifadə edərək ambulator xidmətləri almaq mümkündür. Sadəcə məsələnin kökündə müəssisənin işçiləri üçün əlavə dəyər yaratmaq istəyi dayanır".

Digər ekspert Pərviz Quliyev də hesab edir ki, özəl klinikalar vətəndaşlara dövlət xəstəxanaları ilə müqayisədə yaxşı xidmət göstərir, odur ki, icbari və könüllü tibbi sığortanın paralel tətbiqi başa düşüləndir: "Dövlət xəstəxanalarında xidmətin səviyyəsi özəl klinikalara baxanda nisbətən aşağıdır. Üstəlik özəl sektor yaxşı maaş verdiyi üçün peşəkar həkimlərə daha çox özünə cəlb edir və vətəndaşları razı sala bilir. Dövlət xəstəxanalarında xidmət pulsuz olsa da, həkimlər yenə də insanlardan nə isə umurlar. Odur ki, könüllü tibbi sığorta cəlbediciliyini itirməyib və bəzi müəssisələr onu işçiləri üçün almaqda davam edirlər".

Başqa ekspert Emil Ağamaliyev isə deyir ki, dövlət icbari tibbi sığorta sistemi çərçivəsində bütün özəl klinikalarda əməkdaşlıq etmir, odur ki, hələ də könüllü tibbi sığortadan istifadəyə ehtiyac yaranır: "İcbari tibbi sığorta ilə istənilən klinikaya gedib xidmət almaq mümkün deyil. Odur ki, bəzi müəssisələr işçiləri üçün könüllü tibbi sığorta da alır və bu yolla onların rahatlığını təmin edir, əməkdaşları daha yaxşı işləməyə stimullaşdırır. Bu təcrübə xarici ölkələrdə - məsələn, Türkiyədə var. Hesab edirəm ki, bu, rəqabət yaradır və inkişafa aparır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR