Dərc edildi: Baxış sayı: 687
Azərbaycanda icazəsiz ov edən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı saxlanılıb
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlayıb.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət