Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir

Azərbaycanda hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir
Sakura

Azərbaycanda hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir

 “Azərbaycanda Hepatit B və C-yə yoluxanlar ölkə əhalisinin, təxminən, 2 faizini təşkil edir”.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir: “Bu xəstəliyin profilaktika və müalicəsi dövlət proqramına daxil edilib. Lakin hazırkı dövrdə hepatitə qarşı istifadə olunan müalicə preparatları Rusiya istehsalıdır. Xəstəlikdən müalicə dövlət hesabına aparılır. Amma preparatların effektivliyi zəifdir və bir çox yan təsirləri də var. Dünyada daha effektli, lakin çox bahalı dərmanlar var. Azərbaycanda hepatitdən öz hesabına özəl klinikalarda müalicə olunanlar da var”.

Baş infeksionist deyib ki, Azərbaycanda Hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır: “Xüsusən bu növə qarşı peyvəndin aparılmasını qeyd etmək lazımdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb. Proses bütün uşaqları əhatə edir və bunun nəticəsidir ki, Hepatit B ilə xəstələnmə halları kəskin azalıb. İndiki dövrdə Hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlki göstəricidən 24-25dəfə aşağı düşüb. Bu, çox yaxşı nəticədir”.

C.İsayev vurğulayıb ki, Hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədirlər həyata keçirilir: “Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadə, onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonları və digər bu kimi obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq tətbiq olunmalıdır”.

Qeyd edək ki, C.İsayev Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının Hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşündə iştirak edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR