Azərbaycanda hansı sahədə maaşların nə qədər artdığı açıqlandı
Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.
2019-da dövlət sektorunda orta aylıq əmək haqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayüisədə düz 20% artım deməkdir.
Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.
2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.
2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.
Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əmək haqqı cəmi 2% artıdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.
2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.
Özəl sektorda ən az maaş alanlar isə dövlət idarəetməsi və müdafiə və sosial təminat sahəsində olub - 250,4 manat.
Dövlət sektorunda ən yüksək orta aylıq maaş maliyyə və sığorta fəaliyyəti sahələrində olub 1 654,3 manat. Bu sektroda ən az maaş alanlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlarda olub - 302,4 manat.
Ümumilikdə 2019-cu ildə:
Təhsil sahəsində maaşlar 18,1% artaraq 429,7 manata,
Səhiyyə sahəsində 43% artaraq 343,1 manata,
Maliyyə və sığorta sahəsində maaşlar 12% artaraq 1624 manata,
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində maaşlar 21,3% artaraq 473,7 manata,
Dövlət idarəetməsində isə maaşlar 29,2% artaraq 752,8 manata yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət