Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir?

Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir?
Sakura

Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir?

Bu ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,1 saat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildiri ki, ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı azalıb. Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 1,2 saat az olub.
Azərbaycanda ən çox işləyənlər su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 160,1 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 4,7 saat çoxdur. Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 146,9 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,2 saat artıq olub.
Aylıq iş saatları ən çox artan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, həmçinin qeyd etdiyimiz su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində işləyənlərdə müşahidə olunub. Bu sahələrdə işləyənlərin orta aylıq iş saatları ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 4 saat və 4,7 saat artaraq 159,1 saat və 160,1 saata yüksəlib.
Digər sahələrdə isə ay ərzində iş saatlarının miqdarı belə olub:

İqtisadi fəaliyyət növləri İş saatlarının miqdarı
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 151,1
Mədənçıxarma sənayesi 154,6
Emal sənayesi 152,4
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 159,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 160,1
Tikinti 150,7
Ticarət; nəqliyyat vasitələrinin təmiri 158,6
Nəqliyyat və anbar təsərrüfatı 153,3
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 156,6
İnformasiya və rabitə 157,3
Maliyyə və sığorta fəaliyyəti 154,5
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 154,2
Peşə, elmi və texniki fəaliyyət 153,3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 151,1
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 156,9
Təhsil 146,9
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 151,7
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 156,8
Digər sahələrdə xidmətlərin göstərilməsi 147,6
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR