Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda güzəştli kənd təsərrüfatı texnikalarının siyahısı genişləndirilib

Azərbaycanda güzəştli kənd təsərrüfatı texnikalarının siyahısı genişləndirilib
Sakura

Azərbaycanda güzəştli kənd təsərrüfatı texnikalarının siyahısı genişləndirilib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, yenilənmiş siyahıda 11 təyinat istiqaməti üzrə 60-dan artıq texnika və avadanlıq növü yer alıb.
Əgər fermer və sahibkarlar əvvəllər yalnız "Aqrolizinq" xətti ilə 40-a yaxın adda texnika və avadanlığı dövlət güzəşti ilə əldə edə bilirdisə, hazırda onlar istədikləri təchizatçıdan kənd təsərrüfatı təyinatlı istənilən texnikanı güzəştlə alacaqlar. 

Genişlənmiş siyahı fermer və sahibkarlara ölçüsündən və qiymətindən asılı olmayaraq istədikləri texnika və avadanlığa dəyərinin 40%-i dövlət tərəfindən ödənilməklə sahib olmaq imkanı verir.

Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, alqı-satqı zamanı kənd təsərrüfatı texnikasının dəyərinin 40%-ni təchizatçı şirkətə dövlət ödəyir. Alıcı məbləğin cəmi 20%-ni ilkin ödəniş etməklə texnikaya sahib olur.

Texnikanın qiymətinin yerdə qalan 40%-i məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir.

Kənd təsərrüfatı texnikası alışına tətbiq edilən dövlət güzəştləri barədə ətraflı məlumat akia.gov.az saytında yerləşdirilib. Güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısı ilə Nazirliyin saytında tanış olmaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR