Dərc edildi: Baxış sayı: 743
Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur
Azərbaycanda internet televizisiyası məkanında gənclər kanalının yaradılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.
Layihəyə əsasən, “e-gənclik” elektron xidmət və informasiya portalı resursunun yaradılması planlaşdırılır.
Eyni zamanda, 2019-2022-ci illərdə istedadlı və yaradıcı gənclərin əməyinin stimullaşdırılması, gənclər üçün aktual olan məsələlərin həlli, gənclərin qeyri-hökumət təşkilatlarının işində iştirakını stimullaşdırılması gənclər siyasətinin əsas istiqamətlərindən olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət