Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanda fəxri adların verilməsi qaydası dəyişəcək

Azərbaycanda fəxri adların verilməsi qaydası dəyişəcək
Sakura

Azərbaycanda fəxri adların verilməsi qaydası dəyişəcək

Mədəniyyət naziri səlahiyyətlərini icra edən Anar Kərimov fəxri adların verilməsi sahəsində bəzi şəxslərin sui-istifadə hallarına yol verdiyini açıqlayıb. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, A. Kərimov Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında qeyd edib ki, bu sahədə yeniliklər olacaq: “Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin mədəniyyət nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar və bu prosesdə qərarverici gizli qurum olacaq. 

Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istifadə hallarının qarşısı alınacaq. Biz istərdik ki, fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürsün. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik ki, onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR