Azərbaycanda fermerlərə 1 mln. manat qrant ayrılacaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ölkədə toxumçuluqla məşğul olan fermerlərə 1 mln. manat qrant ayıracaq.
Bunu bu gün Bakıda keçirilən özəl toxumçuların I ümumrespublika müşavirəsində Xidmətin rəisi Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın toxuma olan tələbatının 30-35%-i yerli istehsal hesabına ödənilir: "Biz bununla barışa bilmərik. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə edən kompleks tədbirlər həyata keçirməyi planlaşdırıq. Bu sahədə mövcud olan qanunvericiliyin inkişaf etdirilməsi istiqamətində müəyyən işləri görməyi üzərimizə götürmüşük. Özəl toxumçuluğun inkişaf etdirilməsi üçün 1 mln. manat vəsaitin qrant şəkildə verilməsini razılaşdırmışıq", - deyə o, qeyd edib.
Mənbə: Faktxəbər.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət