Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ətin qiyməti UCUZLAŞACAQ? - Tələbatın artacağı gözlənilir

Azərbaycanda ətin qiyməti UCUZLAŞACAQ? - Tələbatın artacağı gözlənilir
Sakura

Azərbaycanda ətin qiyməti UCUZLAŞACAQ? - Tələbatın artacağı gözlənilir

Qurban bayramı günləri ərəfəsində paytaxtda yerləşən bəzi satış məntəqələrində ətin qiymətində artım müşahidə olunub.

Bayram ərəfəsində ətə və diri heyvanlara olan tələbatın qiymət artımına gətirib çıxardığı məlumdur. Bəs bayram günlərinin bitməsi ilə ətin qiymətində ucuzlaşma gözlənilə bilər?

Ens.Az-ın məlumatına əsasən,İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bu haqda danışıb.

“Hazırda Qurban bayramından sonra ətin qiymətində ucuzlaşma proqnozlaşdırılmır. Bunun səbəbi ölkədə ətə tələbatın yüksək olmasıdır. Tələbatın yüksək olması fonunda bazarda təklif o qədər də çox deyil. Təbii ki, söhbət xırdabuynuzlu heyvan ətindən gedir. Buna görə də ətin ucuzlaşması gözlənilən deyil”.

Ekspert bildirib ki, ətin ucuzlaşmasının gözlənilməməsinin dogər səbəbi isə istirahət mövsümünün başlamasıdır.

“Artıq istirahət dönəminə girmişik, bu dönəmdə də Azərbaycan xalqı olaraq yeməyə meyilli oluruq və elə buna görə qoyun-quzu ətinə tələbat artacaq. Yəni tələbatın və qiymətin artması sadəcə Qurban bayramı ilə əlaqədar deyil. Azərbaycanda 2015-2016-cı ildə ölkədə saxlanılan xırdabuynuzlu heyvan sayı 8600 000-8700 000 qoyun saxlanılırdısa, hazırda bu rəqəm 7.7-7.800 000-ə qədər düşüb. Buna görə də ətin ucuzlaşması gözlənilmir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR