Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ət bahalaşır?

Azərbaycanda ət bahalaşır?
Sakura

Azərbaycanda ət bahalaşır?

Azərbaycanın mal əti tələbatı ildə təqribən 164 min tondur. Bunun 20%- i idxal hesabina ödənilir. Ölkəyə diri formada idxal olunan ətin 50%-i isə Gürcüstanın payına düşür. Ancaq Gürcüstan ixraca məhdudiyyət qoymağı düşünür. Bəs qonşu ölkənin bu qərarı Azərbaycanda ətin qiymətini bahalaşdıra bilər?

Metbuat.az "Baku.Tv"-yə istinadən bildirir ki, Azərbaycana idxal olunan mal ətinin yarısı Gürcüstanın payına düşür. Və Gürcüstan nəzərdə tutduğu kimi ət ixracına məhduduyyət qoyarsa, ölkəmizdə qiymətlərin 5-6% bahalaşması qaçılmaz görünür. Yəni bu bazarlarda süni qiymət artmına səbəb ola bilər. Gürcüstandan idxal həm də ona görə əhəmiyyətlidir ki, bu ölkədə ətin qiyməti bizimlə müqaisədə ucuzdur. Buna görə də Gürcüstandan əti gətirib Azərbaycanda satmaq qiymətləri mövcud vəziyyətdə qoruyub saxlamağa imkan verir.

Vüqar Bayramov - Ekspert

“Əgər Gürcüstan bu qərarı qəbul edərsə iş adamlarının alternativ yollar axtarması vacıbdir. Nazirlər kabineti tərəfindən ət idxalıynan bağlı xüsusuən də tətbiq edilən gömrük və rüsumlara və əlavə dəyər vergisinə yenidən baxılmalıdır. Və onların müəəyən müdətdə bu rusumlardan azad olunması tətbiq olunmalıdır.”

Yaranan vəziyyətdən çıxış yolu kimi alternativ ölkələr də düşünmək olar.

Səadət Hacıyeva – Aqrar Tədqiqatlar Mərkəzinin bölmə müdiri

“Əgər belə bir problem yaranarsa digər ölkələrdən də idxal göstəricilərimiz də var. Sadəcə olaraq idxalın coğrafiyası dəyişə bilər. Ukraynadan, Moldovadan idxal oluna bilər”

Ölkədə ət və ət məhsullarına özünütəminat səviyyəsini tam təmin etmək üçünsə heyvanların cins tərkibinin yaxışalşdırılması, ölkəyə cins damazlıq heyvanların gətirilməsi, həmçinin süni mayalanma ilə məhsuldarlığın artırılması üçün işlər görülür.

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR