Azərbaycanda əsas kapitala nə qədər vəsait yönəldilib?
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 milyard 903 milyon 500 min manat məbləğində vəsait yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Sözügedən göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azdır.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artıb. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 2 milyard 622 milyon 300 min manatı məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı xidmət sahələrinə, 406 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 338 milyon 300 min manatını daxili vəsaitlər təşkil edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət