Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda ən çox hansı ödəniş kartından istifadə edilir?

Azərbaycanda ən çox hansı ödəniş kartından istifadə edilir?
Sakura

Azərbaycanda ən çox hansı ödəniş kartından istifadə edilir?

Azərbaycanda yerli və xarici vətəndaşların ən çox istifadə etdiyi ödəniş kartı (debet və kredit kart) “Visa” kartıdır.

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, yerli təşkilatların emissiya etdiyi kartlar vasitəsilə 2023-cü ilin ilk 5 ayı ərzində 7,126 milyard manat dəyərində əməliyyat həyata keçirilib.

Bu əməliyyatların 4,69 milyard manatı, yəni 66 faizə yaxını “Visa” kartları vasitəsilə icra olunub.

İkinci ən çox istifadə edilən ödəniş kartı “MasterCard”ır. Bu kartlar vasitəsilə 2,4 milyard manat həcmində (33,6 faiz) əməliyyat həyata keçirilib.

Ümumilikdə “Visa” və “MasterCard”la bütün əməliyyatların 99 faizdən çoxu icra edilib.

Adıçəkilən kartlardan başqa yerli maliyyə təşkilatları “American Express”, “UnionPay” və lokal kartlar da emissiya edir. Bu kartlardan istifadə olduqca azdır.

Əcnəbi təşkilatların emissiya etdiyi kartlar arasında da daha çox “Visa” kartlardan istifadə edilir. Əməliyyatların həcminə görə ikinci sırada “MasterCard” gəlir.

Digər kartlardan əcnəbilər də az istifadə edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR