Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 57% artıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 57% artıb
Sakura

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 57% artıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 59 mln. 373,4 min manat təşkil edib. Bu, yanvar-noyabr ayları ilə müqayisədə 5 mln. 702,6min manat və ya 10,63% çoxdur.

2017-ci il ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 21,560 mln. manat və ya 57,02% artıb.

Ötən ilin yanvar-dekabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 3 mln. 074,3 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-noyabr aylarındakı göstəricidən 400,4 min manat və ya 14,97%, 2017-ci il ilə müqayisədə 859,9 min manat və ya 38,83% çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR