Dərc edildi: Baxış sayı: 758
Azərbaycanda əməkhaqqı artıb
Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 707,3 manat olub.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,4 faiz artıb.
Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət