Dərc edildi: Baxış sayı: 549
Azərbaycanda əhalinin 33 faizi siqaret çəkir
Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin 33,1 faizi siqaret çəkir.
2017-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, bu statistik göstəricinin hamısı kişilərin payına düşüb (ölkədə siqaret çəkən qadınların sayı çox kiçik rəqəmlərlə ifadə olunduğundan statistikada əksini tapmayıb).

Siqaret çəkən kişilərin 0,1 faizi 15-19 yaşlı, 26,4 faizi 20-44 yaşlı, 50 faizi 45-64 yaşlı, 36 faizi yaşı 65-dən çox olanlardır. Siqaret çəkən qadınlar orta hesabla gündə 3, kişilər isə 15,2 ədəd siqaret çəkirlər.
Mənbə : Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət