Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib
Sakura

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib

 Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.

Report”un verdiyi xəbərə görə, layihə mobil cihazların qeydiyyatına görə, ödənilən dövlət rüsumunun 30%-nin müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1187-V QD qanuna əsasən fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib və bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR