Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda dövlət hesabına ali təhsil alanların sayını artırmaq üçün əlavə vəsait ayrılacaq

Azərbaycanda dövlət hesabına ali təhsil alanların sayını artırmaq üçün əlavə vəsait ayrılacaq
Sakura

Azərbaycanda dövlət hesabına ali təhsil alanların sayını artırmaq üçün əlavə vəsait ayrılacaq

 “Təhsil kreditləri ilə bağlı hələ ki, mexanizm tapa bilməmişik”.

Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Təhsil kreditləri ilə bağlı problem ondadır ki, bu krediti alanların sonradan onu qaytarması böyük sual doğurur. Banklar bu riski öz üzərlərinə götürmək istəmir. Dövlət müdaxilə etsə, biz bəri başdan qəbul edirik ki, bu kreditlər qaytarılmayacaq. Hələki mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Deməzdim ki, onlar bu problemi kütləvi həll edəcək”, - deyə nazir qeyd edib.

O həmçinin gələn ildən ali təhsilli gənclərin xüsusi çəkisini artırılması üçün əlavə vəsait nəzərdə tutulduğunu bildirib: “Etiraf etməliyik ki, bizdə dövlət hesabına ali təhsil alan gənclərin xüsusi çəkisi azalıb. Bunun qarşısını almaq üçün 2019-cu ildə dövlət büdcəsindən əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Söhbət 2019-2020-ci tədris ilindən gedir. Həmin il dövlətin payını bir qədər də artıracağıq, yəni dövlət daha çox vəsait ayıracaq”.

Bundan başqa, nazirin sözlərinə görə, artıq Təhsil Nazirliyi ilə müəyyən laboratoriyaların yaradılması ilə bağlı razılığa gəlinib: “Bəzi dövlətə məxsus ali təhsil müəssələri xüsusi elmi labioratoyaların yaradılmasını istəyirlər. Biz artıq Təhsil Nazirliyi ilə müəyyən model üzrə razılığa gəlmişik. Güman ki, növbəti ildə həmin model üzrə laboratoyaların yaradılması məsələsinə baxacağıq. O cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının sistemində aspirantların hazırlanması məsələsinə də həmin prizmadan baxılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR