Slimfit
  1. GÜNDƏM

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır
Sakura

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometerologiya xidməti üçün rahatlıq yaradacaq:

"Dopler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə əvvəlcədən hazır olmaq imkanı yaradır. Belə bir sistemin alternativi yoxdur. Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək və 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini təmin edəcək. Buna qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi bütün regionlar üzrə hansı proseslərin qeydə alındığını dəqiq deyə biləcəyik".

U.Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:

"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın 5 regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".

“Baron” şirkətinin nümayəndəsi Brian Bellev bildirib ki, bu sistem meteroloji prosesləri 3D formatında vizullaşdırmağa imkan verəcək: "Dopler radar sistemləri ölkədə bütün hidrometeoroloji müşahidə sistemini vahid şəbəkədə birləşdirmək imkanı yaradır. Sistem vasitəsilə iki saat qabaqcadan yağıntı və dolunun neçə millimetr düşməsi ehtimalını təxmin etmək mümkün olacaq".

Qeyd edək ki, “Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR