Dərc edildi: Baxış sayı: 657
Azərbaycanda dərs vəsaitində Nəsiminin adı səhv yazıldı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda Dövlət İmtahan Mərkəzi tərəfindən çap olunan Yeni təhsil proqramı (Kurikulum) üzrə imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və şagirdlər üçün Ədəbiyyat fənni üzrə metodiki vəsaitdə yanlışa yol verilib.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, kitabda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı “İmaməddin” kimi qeyd edilib.
Ens.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, metodiki vəsaitin ilk çapında texniki səhvə yol verilib:
“Vəsaitin yeni nəşri hazırlanıb və artıq çapa verilib. Şair İmadəddin Nəsiminin adında yol verilən yanlışlıq da yeni nəşrdə düzəldilib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət