Azərbaycanda deputat az bal toplayan tələbələrlə görüşdü
Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıtda 300-dən az bal toplayaraq ali məktəbə qəbul olan tələbələrlə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, deputat görüşlə bağlı təəssüratını sosial şəbəkədə bölüşüb:
"300-dən az bal toplayan tələbələrlə görüş maraqlı diskussiya şəriaitində oldu. Əsas məqsədimiz onların tədris prossesində daha yaxşı nəticə göstərmələrini təlqin etmək oldu.
Ölkə iqtisadiyyatının peşəkar kadrlara böyük ehtiyacı var. Dünyada texnologiyalar sürətlə inkişaf edir.
Dünya xeyli sayda uğurlu insanlar var ki, universitetlərə yüksək balla daxil ola bilməyiblər. Ancaq sonradan onların ideyaları və innovativ fəaliyyəti çox uğurlu olub. Buna görə də bizim tələbələr də oxuduqları illərdə daha əzmkar olmalıdırlar. Yeni ideyalara sahib olmalıdırlar. Yaradıcı olmalıdırlar. Daim öz üzərinizdə çalışıb bilik və bacarıq əldə etməlidirlər. Belə olacaqsa heç şübhəsiz ki, böyük uğurlara imza atmış olacaqlar.
Müasir Azərbaycan gəncliyi bütün sahələrdə inanılmaz şəkildə əzmkardır və onlardan bu istiqamətdə böyük gözləntilər var! ölkəmizdə uğurlara imza atmaq üçün gənclər üçün yüksək şərait yaradılıb".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət