Dərc edildi: Baxış sayı: 1038
Azərbaycanda daxili uçuşlar bərpa edilir? - RƏSMİ
“Daxili uçuşların iyunun 15-dən sonra bərpa edilməsi nəzərdə tutulur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə Naxçıvana həftədə iki dəfə reys olacaq:
“Sonrakı mərhələdə reyslərin sayı artırıla bilər. Uçuşlar zamanı xüsusi qaydalar tətbiq ediləcək. Bu barədə həftə ərzində məlumat veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət