Dərc edildi: Baxış sayı: 368
Azərbaycanda daha bir şagird qızılcadan öldü
Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.
Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət