Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda daha bir muzey yaradılacaq

Azərbaycanda daha bir muzey yaradılacaq
Sakura

Azərbaycanda daha bir muzey yaradılacaq

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu "Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

Səhiyyə Nazirliyindən Day.Az-a verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi Azərbaycanın regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

Ləyihə çərçivəsində 2017 ilin aprel ayından elmi işlər başlanıb və hazırda işlər davam edir. Fəaliyyət çərçivəsində bir sıra istiqamətlər üzrə - Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar - genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və s. üzrə fəaliyyətlərin göstərilməsi nəzərdə tutulub.

Layihənin vəzifələri sırasına, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar - genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsi, laborator tədqiqatların nəticələrinin analitik təhlili məqsədilə ölkə üzrə məlumat bazasının yaradılması, məlumatların müxtəlif statistik təhlil proqramları vasitəsi ilə analizi və s. daxildir.

Tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar və laborator nümunələr ölkədə ilk dəfə olaraq vərəm mikobakteriyalarının dərmanlara davamlılıq və genotipik xüsusiyyətləri nəzərə alınmaqla, ölkə üçün ilk epidemioloji xəritənin tərtibi üçün istifadə olunacaq. Bu, ölkə ərazisində vərəmə dair epidemioloji nəzarət tədbirlərinin səmərəliliyini artırmağa imkan verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR