Dərc edildi: Baxış sayı: 993
Azərbaycanda daha bir icra başçısı koronavirusa yoluxdu
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.
Ens.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə axar.az-a məlumat daxil olub. Bildirilib ki, icra başçısının koronavirus testi pozitiv çıxıb.
Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.
Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.
Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.
Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət