Dərc edildi: Baxış sayı: 284
Azərbaycanda daha 58 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Ens.Az-ın məlumatına əsasən,Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 829 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 219 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 453 nəfərdir.
Ölkədə son sutka ərzində 931, hazırkı dövrədək isə 7 560 679 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət