Dərc edildi: Baxış sayı: 825
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Azərbaycanda koronavirusa (COVID-19) 4273 yeni yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 41 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 62 247 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 17 231, hazırkı dövrədək isə 1 980 579 test aparılıb.
Ümumi ölənlərin sayı 2 007 nəfərdir.
Ümumi yoluxanların sayı 183 259 nəfər, ümumi sağalanların sayı 119 005 nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət