Slimfit
  1. TEXNOLOGİYA

Azərbaycanda daha 21 İKT layihəsinə dövlət qrantı ayrılıb

Azərbaycanda daha 21 İKT layihəsinə dövlət qrantı ayrılıb
Sakura

Azərbaycanda daha 21 İKT layihəsinə dövlət qrantı ayrılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrantlar ayırıb. 

Nazirlikdən "Report.az"a daxil olan məlumata görə, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının iclasında aprelin 10-da elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələri ilə bağlı yekun qərar verilib.

Qeyd edək ki, sayca V olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 min manat qrant vəsaiti ayrılıb:

Layihənin adı Qrantın məbləği (AZN)
  • 1.
GRP 11 000
  • 2.
Yüksəklik 12 000
  • 3.
CamTouch 12 000
  • 4.
ReCountry 10 000
  • 5.
“Destination – Baku” application 12 000
  • 6.
ZoomX 11 000
  • 7.
Ustad 12 000
  • 8.
WakeMeUp 11 000
  • 9.
İlmə 12 000
  • 10.
Postcal 14 000
  • 11.
Pazl – Xalça 12 000
  • 12.
High_Cargo mobile application 11 000
  • 13.
Mobil oyunun hazırlanması 11 000
  • 14.
Run2Help 12 000
  • 15.
İnEduTech 14 000
  • 16.
Ecommerce üçün innovativ çatdırılma sıstemi 12 000
  • 17.
seattip.com 12 000
  • 18.
Hüt-hüt 11 000
  • 19.
www.e-pul.az 10 000
  • 20.
BKES 10 000
  • 21.
Soft Balance Accounting 10 000

Qeyd edək ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan 28 layihə üzrə işlər davam etdirilir.

Fondun elan etdiyi 5 müsabiqə üzrə qalib olmuş 108 layihənin 27-si tələbələr tərəfindən təqdim olunub (digər - 23 kommersiya hüquqi şəxsi, 58 fərdi şəxs), o cümlədən 16-sı universitetlərdəki biznes inkubatorlarda hazırlanıb.

Qalib layihələr daha çox təhsil (16), turizm (15), oyun (14), İKT cihazlarının hazırlanması (18), e-ticarət (11) və digər xidmət (34) sahələrini əhatə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR