Dərc edildi: Baxış sayı: 537
Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 132 nəfər sağalıb, 128 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Ens.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 40 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 782 nəfərdir.
Ötən müddət ərzində 1 102 401 test aparılıb. Bugünkü test sayı isə 6 858-dir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət