Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb
Azərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 40 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, kəskin böyrək çatışmazlığı, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1961-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2055 nəfər müalicə olunaraq sağalmış, 40 nəfər vəfat etmiş, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235.910 test aparılmışdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət