Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda DAFİ proqramı çərçivəsində daha 9 qaçqın ali təhsil alacaq

Azərbaycanda DAFİ proqramı çərçivəsində daha 9 qaçqın ali təhsil alacaq
Sakura

Azərbaycanda DAFİ proqramı çərçivəsində daha 9 qaçqın ali təhsil alacaq

“Xarici ölkələrdən gələn qaçqınların övladlarının ibtidai, orta təhsil almalarına şərait yaradıldığına görə Azərbaycan hökumətinə minnətdarıq”.

Report” xəbər verir ki, bu barədə xarici ölkələrdən gələn qaçqınların övladlarına DAFİ proqramı çərçivəsində 9 akademik təqaüdünün təqdimatı mərasimində BMT-nin qaçqınlara dair yüksək komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso bildirib.

“İnsan potensialının inkişafının dəstəklənməsi agentliyin (BMT-nin Qaçqınlar Agentliyi – red.) öncül məramlarındandır. Belə ki, qaçqınların keyfiyyətli təhsil almalarına töhfə verməyə çalışırıq. Azərbaycanda 2010-cu ildən həyata keçirilən DAFİ proqramı çərçivəsində indiyədək 36 təqaüd verilib. Biz Azərbaycan hökumətinə xarici ölkələrdən gələn qaçqınların övladlarının yerli məktəblərdə ibtidai və orta təhsil almalarına şərait yaradıldığına görə minnətdarıq”, - BMT rəsmisi deyib.

Almaniyanın Azərbaycandakı səfiri Vofqanq Maniq də bu kimi humanitar addımlara dəstək verməyə həmişə hazır olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, 1992-ci ildə təsis olunaraq Almaniya Xarici İşlər Nazirliyi və özəl xeyriyyəçilər tərəfindən maliyyələşdirilən Albert Eynşteyn Almaniya Akademik Qaçqınlar Təşəbbüsünün (DAFİ) təqaüd proqramı istedadlı qaçqın gənclərin peşə təhsili almalarına, liderlik keyfiyyətlərinin inkişafına dəstək verməklə ailələrinin rifahına töhfə verməyi nəzərdə tutur. Proqram bakalavr səviyyəli 4 ilədək təhsili dəstəkləmək məqsədi daşıyır.

Bu il DAFİ proqramı çərçivəsində 6 nəfəri Çeçenistandan, hərəyə bir nəfər olmaq şərti ilə Əfqanıstandan, Yəmən, İraqdan olan cəmi 9 qaçqın gənc Azərbaycanda təhsil almaları üçün təqaüd alır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR