Azərbaycanda sitrus meyvələrinin bahalaşacağı ehtimal olunur
"Kommersant.az"-ın məlumatına görə, cənub qonşumuz İranda bəzi meyvə və tərəvəzlərin qiymətində ciddi artım müşahidə olunur.
Bu barədə məlumat verən İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər bildirib ki,İranda istixana pomidorunun bir kiloqramı 110 min rial (təxminən 2,61 dollar), xiyarın isə 1 kiloqram üçün qiyməti 65 min riala (təxminən 1,54 dollar) çatıb.
Onun sözlərinə görə, hazırda xiyar təxminən 15%, banan isə təxminən 10% bahalaşıb. Hazırda 1 kq bananın qiyməti 110 min-125 min rialdır (təxminən 2,61 – 2,97 dollar). Kargər əlavə edib ki, adətən bu dövrdə kənd təsərrüfatı məhsulları azalır və daha çox istixana məhsulları bazara çıxarılır. Bu da qiymətlərin bahalaşmasına təsir edir.
Ekspertlərin fikrincə isə İranda bahalaşan və Azərbaycana idxal olunan meyvələr bahalaşamaya səbəb olacaq. Qiymət artımının, əsasən sitrus meyvələrində özünü göstərəcəyi proqnozlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət