Azərbaycanda COVID-19-un müalicəsinə dair yeni protokollar hazırlanır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusun müalicəsinə dair yeni kliniki protokollar hazırlayır.
Ens.az Report.Az-a istinadən xəbər verir ki, protokollar yaxın vaxtlarda xəstəxanalara göndəriləcək.
Protokolların ilkin varinatına əsasən COVID-10 diaqnostikasında uşaq və yeniyetmələrdə ağciyərlərin rentgenoqrafiysına üstünlük verilməlidir. Mobilizə olunması uyğun olmayan xəstələrdə döş qəfəsinin US baxıla bilər. Xəstəliyin erkən dövrlərində burun-udlaqdan alınan sürüntünün PZR müayinəsində yalnış neqativ cavablar görülə bilər. Gərəkli olmadığı təqdirdə antibiotik verilmir. Hazırda virusun müalicəsi dair yeni protokollar hazırlanır.
Qeyd edək ki, bu günə qədər ölkədə 36 578 nəfər virusa yoluxub, onlardan 33 977-si sağalıb. Hazırda aktiv xəstə sayı 2 065 nəfər təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət