Slimfit
  1. İDMAN

Azərbaycanda çıxış etmiş gürcü futbolçuya danışılmış oyunlara görə sanksiya qoyulub

Azərbaycanda çıxış etmiş gürcü futbolçuya danışılmış oyunlara görə sanksiya qoyulub
Sakura

Azərbaycanda çıxış etmiş gürcü futbolçuya danışılmış oyunlara görə sanksiya qoyulub

Gürcüstan Futbol Federasiyasının İntizam və futbol mübahisələri üzrə komissiyasının iclası keçirilib.

Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda danışılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.

Toplantıda həmin futbolçulardan 5-nin futbol fəaliyyətinə qadağanı nəzərdə tutan sanksiya qoyulub. “WIT Georgia” klubunun üzvü olan futbolçular arasında vaxtilə Azərbaycanın “Turan” komandasında çıxış etmiş Nikoloz Maisuradze də var.

Komissiyanın digər qərarı ilə “WIT Georgia” futbol klubu 6 xal itirib və 50 min lari (18 min dollardan çox) məbləğində cərimə olunub.

Xatırladaq ki, mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb. Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-sinin hər birinə qarşı 10 min lari məbləğində cərimə təyin olunub. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR