Dərc edildi: Baxış sayı: 1126
Azərbaycanda bu universitet LƏĞV OLUNDU
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət