Dərc edildi: Baxış sayı: 935
Azərbaycanda bu teatrın direktoru işdən çıxarıldı
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tutduğu vəzifədən azad olunub.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Kult.az-a Ə.Qasımov özü məlumat verib.
"Yaş həddinə görə işimə xitam verildi. Hazırda işdən ayrılmışam və evimdəyəm", - deyə Ə.Qasımov bildirib.
Məlumat üçün qeyd edək ki, Ə.Qasımov on ildən artıq Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb. Hazırda direktor vəzifəsini onun müavini əvəz edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət