Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda bu tarixdən maska taxmaq ləğv edilə bilər - Həkim açıqladı

Azərbaycanda bu tarixdən maska taxmaq ləğv edilə bilər - Həkim açıqladı
Sakura

Azərbaycanda bu tarixdən maska taxmaq ləğv edilə bilər - Həkim açıqladı

8 aydır ki, bütün dünyada, eləcə də Azərbaycanda qapalı məkanlarda koronavirus pandemiyasına görə maska taxmaq, sosial məsafəni qoruyub, dezinfeksiya məhlullarından istifadə vacib hesab olunur. Hazırda Azərbaycanda gündəlik koronavirusa yoluxanların və sağalanların artma-azalma dinamikası ilə davam edir. Azərbaycan maska və dezinfeksiya məhlullarının istifadəsindən nə vaxt imtina edə bilər?

Ens.az Milli.az-a istinadən xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, qarşıda hələ payız gəlir:

"Bilirsiniz ki, payızda digər viruslar da aktivləşir. Ona görə də düşünürəm ki, karantin davranışları payız aylarında da lazım olacaq. Payızın sonunda bu xəstəliyin sona yetməsi proqnozlaşdırılır. Hesab edirəm ki, yeni ildə biz maskadan yavaş-yavaş canımızı qurtaracağıq. Yəni qapalı məkanlarda maskadan istifadə olunmasına ehtiyac qalmayacaq.

Təbii ki, payız aylarında maskadan daha çox xəstələr, yəni özündə hər hansı narahatlıq hiss edənlərin istifadə etməsi vacibdir. Yəqin ki, maskadan və dezinfeksiya məhlullarından tam azad olmaq ilin sonunda mümkün oacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR