Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda bu tarixdən avtobusların istehsalına başlanılır

Azərbaycanda bu tarixdən avtobusların istehsalına başlanılır
Sakura

Azərbaycanda bu tarixdən avtobusların istehsalına başlanılır

Azərbaycanda yük avtomobilləri və avtobusların istehsalına başlanılır. Söhbət Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihədən gedir. 

Ens.az xəbər verir ki,bu barədə “MediaPost”a açıqlamasında “Azərmaş” şirkətinin direktoru Emin Axundov deyib.  O qeyd edib ki, Hacıqabul Avtomobil Zavodunun açılışı bu ilin oktyabr ayına planlaşdırılır. Rusiyadan gətirilən ehtiyat hissələri ilə zavodda mikroavtobuslar - "QAZel Next", "QAZel Biznes",orta tonnajlı yük maşını - "QAZon Next"in yığımı həyata keçiriləcək. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.  

100 nəfər işçinin çalışacağı zavodda ildə 1 000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR