Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA

Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Sakura

Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA

“Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, imtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyənləşdiriləcək texniki şərtlərə malik olmalıdırlar:

“Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanları keçiriləcək”.

Sədr əlavə edib ki, bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR