Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda bu qida yenə bahalaşacaq

Azərbaycanda bu qida yenə bahalaşacaq
Sakura

Azərbaycanda bu qida yenə bahalaşacaq

Azərbaycanın duru yağ istehsalının həcmi çox aşağı səviyyədədir. Əslində yerli istehsal adı altında şirkətlərin bazara çıxartdığı günəbaxan, qarğıdalı yağının tərkibi belə bizim istehsalımız deyil.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ölkəmizdə gündəlik əsas tələbat məhsulu olan duru yağların qiymətinin kəskin bahalaşması barədə danışarkən deyib.

O bildirib ki, müharibədən öncə Azərbaycan daha çox Rusiya və Ukraynadan böyük həcmdə qablaşdırılmamış duru yağ, xüsusən günəbaxan və qarğıdalı yağları alırdı:

“Şirkətlər bu yağları yerli ad altında qablaşdırıb bazara çıxarırdılar. Bu səbəbdən duru yağ məsələsində idxaldan asılılığımız böyükdür. Nəzərə almalıyıq ki, dünya üzrə günəbaxan və qarğıdalı yağı istehsalının 58%-i Rusiya və Ukraynanın payına düşür. Bu, çox böyük rəqəmdir. Müharibə səbəbindən Ukrayna, ümumiyyətlə, duru yağ istehsal və ixrac edə bilmir. Rusiya isə daxili bazarı qorumaq üçün öz istehsalına müəyyən məhdudiyyətlər qoyub. Rusiyadan bu məhsulların ixracı azalıb”.

N.Cəfərli qeyd edib ki, bu səbəbdən dünya bazarının duru yağ seqmentində çox böyük gərginlik yaranıb:

“İstər-istəməz bütün dünyada, o cümlədən Azərbaycanda sürətlə qiymət artımı müşahidə olunur. Müharibə yaxın zamanlarda bitməsə, Ukraynadan duru yağ idxalı bərpa olunmasa, Azərbaycanda duru yağ qiymətlərinin növbəti bahalaşma dalğasını görəcəyik”.

Qeyd edək ki, hesablamalara görə, bu ilin ilk iki ayında Azərbaycan Rusiyadan 10,76 milyon ABŞ dolları dəyərində 7 min 812 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində 77,15 ton günəbaxan yağı alıb. Ölkəmizdə bu ilin yanvar-mart ayları ərzində 12 min 979,6 ton duru bitki yağları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR