Azərbaycanda bu məhsulun QİYMƏTİ ARTACAQ
“Hazırda Cənub-Şərqi və Şərqi Asiya ölkələrində düyü istehsalında azalma müşahidə olunur. Bunun başlıca səbəbi sel və daşqınlardır. Pakistan bir neçə ay öncə düyü ixracına məhdudiyyət də qoyub. Çünki bu ölkədə istehsal 30 faizdən çox aşağı düşüb. Bundan başqa, düyü həm də buğdanın əvəzedicisidir. Ukraynada baş verən hadisələrdən sonra buğdanın kəskin bahalaşması dünyada düyüyə olan tələbatı da artırıb. Buğda bahalaşanda insanlar düyüyə üstünlük verməyə başlayırlar”.
Ens.az "Bakupost"a istinadən bildirir ki, bu sözləri iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, hazırda dünya bazarında düyünün qiymətində artım var:
"Düyü qiymətləri yavaş-yavaş qalxır və hazırda qiymətlər son 15-20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu bahalaşmanı Azərbaycan bazarında da tədricən hiss edəcəyik. Çünki ölkədə düyüyə olan tələbat idxalla ödənir. Azərbaycanda düyü qıtlığı olmayacaq, lakin qiymət təxminən 20-30 faiz artacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət