Dərc edildi: Baxış sayı: 636
8 dərəcə şaxta var
Quba rayonunun Qırız kəndinə yağan qarın hündürlüyü 20 santimetrə çatıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, qar Quba ilə yanaşı, Qusar və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.
Martın 25-dən yağmağa başlayan qarın hündürlüyü Qubanın Xınalıq kəndində 9, Təngəaltında 4, Xızının Altıağac kəndində isə 6 santimetr təşkil edir.
Qar yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.
Mənbə: Publika.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət