Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ
Sakura
:0

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ

“Lisenziyası geri çağırılan dörd bankın sektorda payı əhəmiyyətli deyildi. Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.

Ens.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dörd bankın maliyyə portfelinin keyfiyyəti qeyri-qənaətbəxşdir:

“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 min manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 3/4-ü işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır”.

“Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən imzalanan əmanətlərin tam sığortalanması haqqında qanunun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri geri qaytarılsın”, - deyə o qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR