Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda biznesmen adını dəyişib banka milyonlar “atdı”

Azərbaycanda biznesmen adını dəyişib banka milyonlar “atdı”
Sakura

Azərbaycanda biznesmen adını dəyişib banka milyonlar “atdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda təqsirləndirilən iş adamı Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Məlum olub ki, R.Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra şirkətin inkişafı məqsədilə maliyyə cəlb etməyə çalışıb. O, adını dəyişərək, özünü Yusifov Rail kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib. 

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Belə ki, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin o, Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb. 

R.Allahverdiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. 

R.Allahverdiyevin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. 

Buna görə proses yanvarın 21-dək təxirə salınıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR